Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:11
Nə absurd günlərə gəlib çıxdıq. Nə həyasız üzlər görməyə başladıq.

Ağlımıza gəlməzdi, amma başımıza gəldi - demokratiyanı demokratiyanın silahları ilə vurmaq istəyənlərlə üz-üzə qaldıq.

Təsəvvür edə bilirsinizmi, Zəlimxan Məmmədli Heydər Əliyevin qəbrinə gül qoyur, sonra çıxıb fərqli fikrə hörmət tələb edir.

Anar Ilham Əliyevin sayəsində ölkənin güllük-gülüstanlığa döndüyünü deyir, sonra çıxıb fərqli fikrə hörmət tələb edir.

Əkrəm Əylisli Heydər Əliyevin öz işığını Mirzə Cəlildən aldığını deyir, sonra durub fərqli fikrə hörmət tələb edir.

Bunların aləmində “fərqli fikir” - karyeraya, deputat mandatına, özləri, övladları üçün dəbdəbəli həyat şəraiti qurmağa gedən yoldur.

Bunların aləmində demokratiya - siyasi riyakarlığa, xəyanətə bəraət vasitəsidir, öz şəxsi maraqlarını milli mənafelərə qurban vermək alətidir.

Yoxsa demokratik dəyərləri çığnayıb keçən bir rejimin əlində vintciyə, təkərciyə çevrilib, sonra hansı haqla, hansı üzlə başqalarından özlərinə qarşı demokratik münasibət gözləyə bilərlər axı...

Axı bu adamlar niyə başa düşmək istəmirlər ki, fərqli fikir - hakim fikirdən fərqli fikirdir. Hakim fikrə qarşı duran fikirdir.

Hakim fikrin nökərinə çevrilməklə hansı fərqli fikrə sahib olmaqdan danışır bunlar? Özlərinimi qoyun hesab edir, yoxsa qarşısındakılarımı qoyun yerinə qoyurlar?

Fərqli fikrə nifrət edənlərin yanında dayanıb, öz komformist niyyətlərinə, öz karyerist maraqlarına hörmət tələb etmək üçün insan hədsiz dərəcədə həyasız və sırtıq olmalıdır.

Diktaturanın quluna çevrilməsinə demokratiyanın təməl dəyərləri vasitəsilə bəraət axtarışına çıxmaq üçün insan sadəcə, bütün mənəvi simasını itirməlidir.

Demokratik prinsipləri demokratiyanın öz əleyhinə çevirmək üçün insan, sadəcə, zırramanın yekəsi olmalıdır.

Demokratik dəyərlərdən demokratiyanın özünü zədələmək, yaralamaq üçün istifadə etmək üçün insan riyakarlığın, saxtalığın kulminasiya nöqtəsinə yetişməlidir.

Və ən nəhayət: fərqli fikir uğrunda mübarizə meydanını qorxaqca, cəsarətsizcə, xəyanətkarca tərk edib, fərqli fikri sırtından vuranların dara düşəndə “fərqli fikrə hörmət” tələb etmələrindən böyük ikiüzlülük, oyunbazlıq yoxdur!

Azərbaycan siyasətində kim kimdir?

BIR: Aydın Mirzəzadə - Tərlan Əhmədov. Hər ikisi topu öz qapısına vurmaqda əvəzsizdir.

IKI: Fazil Qəzənfəroğlu - Şahin Diniyev. Hər ikisinin uduzarkən ilk yapdıqları iş rəqibi qələbə münasibəti ilə təbrik etməkdir.

ÜÇ: Zahid Oruc - Namiq Qaraçuxurlu. Birinin yoxluğundan siyasətimiz, digərininkindən isə mədəniyyətimiz heç nə itirməz, əksinə, qazanardı.

Zeynal bəyin cavabsız cavabı

AYB sədri Anarın “Azadlıq” radiosuna məlum və məşum müsahibəsindən sonra media eksperti Zeynal Məmmədlinin jcurnalistləri qınaq obyektinə çevirməsindən təəssüflənmiş və...

Və Zeynal bəyi Anar Rzayev mövzusunda səmimi olmağa çağırmışdım. Çünki jənab Məmmədli qeyri-rəsmi atmosferdə 90-cı illərin əvvəlindəki Anarla bağlı çox ilginc xatirələr danışır. Hansı ki, həmin xatirələr AYB sədrinin əsl kimliyi haqqında çox şey deyir.

Dünənsə Zeynal Məmmədli bu kiçik qeydlərimə cavab olaraq deyib: “Qeyri-səmimiliyim olmayıb. Anara yönəlik yazıları anlamsız sayıram. Indi hədəf proseslər olmalıdır, şəxslər yox. Özəlliklə jurnalist yazılarında... Subyektiv düşüncələr çaşqınlığı artırır, məncə”.

Göründüyü kimi, Zeynal bəyin cavabı cavabdan çox, sadəcə, bir media ekspertinin subyektiv mülahizəsidir. Ona görə də cənab Məmmədlidən təkrar, özü də bu dəfə daha konkret soruşmağa məcburam:

“Zeynal bəy, hansında daha səmimisiniz - Anarın tərəfini tutub jurnalistləri ittiham edərkənmi, yoxsa AYB sədrinin gerçək mahiyyətini ortaya qoyan xatirələrinizi danışarkənmi?”.

"Azadlıq" qəzeti

Günün bütün mövzuları

XS
SM
MD
LG