Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

Şəkidə sel olub


Bu gecə Şəkidə güclü leysan yağması Qurcana çayının daşması ilə nəticələnib. Leysan yağışları daha çox Şəki şəhərinə və dağlara yağıb.

Nəticədə Şəki şəhərinin Xan sarayı rayonundakı küçələri sel yuyub, ağacları aşırıb, ticarət mərkəzlərinə və evlərə su dolub.

Hazırda daşqının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

İki gündür ölkənin şimal-qərb bölgəsində yağışlı hava şəraiti hökm sürür.

Sinoptiklər xəbər verir ki, rayonlarda qeyri-sabit hava şəraiti yaxın 3 gündə davam edəcək.

Bakıda və Abşeron yarımadasında isə havanın gün ərzində yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 30-33 dərəcə isti olacaq.
XS
SM
MD
LG