Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:03

Qəzzaya humanitar yardım daşıyan gəmi Misirdədir


Liviyadan Qəzzaya humanitar yardım daşıyan gəmi Misirə çatıb.

İyulun 14-də gəmi istiqamətini dəyişib, Qəzzadan 45 kilometr cənubda Misirin Əl-Ariş limanına gəlib.

Limanda 2 ton ərzaq və tibbi ləvazimat boşaldılaraq, Qəzzaya quru yolu ilə çatdırılacaq.

İsrail xəbərdarlıq etmişdi ki, Liviya gəmisi Qəzza blokadasını yarmağa cəhd etsə gəmini tutacaqlar. Bundan sonra gəmi İsrailin 4 hərbi gəmisinin müşayiəti ilə istiqamətini dəyişib.

Gəmidə 12 heyət üzvü və 15 fələstinyönlü fəal olub.
XS
SM
MD
LG