Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:15

«Philips Morris» Qazaxıstanda uşaq əməyindən istifadə edir


«NewYork Times» qəzeti yazır ki, Qazaxıstanda «Philip Morris» şirkətinin tütün sahələrində azyaşlıların əməyi istismar olunur. Yazı müəllifi Andrew Kramer 10 yaşlı uşaqların tütün toplamaqdan boyun və qarın nahiyələrində qırmızı səgkilər yarandığını, digər tərəfdən fermerlərin tütün plantasiyalarında işləyən miqrantların pasportlarının əllindən aldığını, əməkhaqqı ödəmədiklərini və ağır şərtlərlə işləməyə məcbur edildiklərini yazır.

«Human Rights Watch» təşkilatı Qazaxıstanda «Philip Morris International»ın siqaret fabrikini tütünlə təmin edən təsərrüfatlarda uşaq və məcburi əməyin geniş yayıldığına dair hesabat açıqlamağı planlaşdırır.

Uşaq əməyindən istifadə istənilən halda təqdir edilməsə də, hesabata görə, uşaqların tütün işinə cəlb edilməsi xüsusilə təhlükəlidir, çünki iş zamanı həddən artıq nikotinin təsirinə məruz qalırlar.

Hesabatla əvvəlcədən tanış olan «Philip Morris» şirkəti Qazaxıstanda satış siyasətini dəyişməyə razılığını verib. Şirkətin İsveçrədəki ofisinin sözçüsü Peter Nixon deyib ki, «beynəlxalq «Philip Morris» uşaq əməyindən istifadənin qəti şəkildə əleyhinədir».

Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatında uşaq əməyindən istifadə geniş yayılsa da, «Human Rights Watch» Qazaxıstanın tütün təsərrüfatlarındakı vəziyyətin xüsusi ilə narahatedici olduğunu bildirir. Məsələn, içməli suyun çatışmamasına görə işçilər kimyəvi maddələrlə zəngin suvarma sularından istifadə etməyə məcbur olur.

İŞÇİLƏR ƏSASƏN QIRĞIZISTANDAN GƏLMƏ MİQRANTLAR OLUB

«Human Rights Watch» hesabatını hazırlamazdan əvvəl 68 tütün yığan fəhlə ilə danışıb, onların fikrini öyrənib. Uşaqlar da daxil olmaqla bütün işçilər əsasən Qırğızıstandan gəlmə miqrantlar olub.

Təşkilatın tədqiqatçıları tütün sahələrində çalışan 72 uşağı qeydə alıb, hər il bu sahələrdə işləməyə minlərlə miqrant cəlb olunur. Hesabata görə, valideynlər uşaqlarını da sahələrdəki işə cəlb etmək üçün həvəsləndirilirlər. Buna baxmayaraq, yarım il sahələrdə işləyən ailələr cəmi bir neçə yüz dollar qazana bilirlər.

«Human Rights Watch»un baş tədqiqatçısı və hesabatın müəllifi Jane Buchanan hesab edir ki, «Philip Morris» bu vəziyyətə son qoymaq üçün bütün resurslara malikdir.

«Human Rights Watch» Qazaxıstanın tütün təsərrüfatlarındakı vəziyyətin xüsusi ilə narahatedici olduğunu bildirir
Şirkət təmsilçisi isə uzun illərdir uşaq əməyinin istifadə edildiyi sahələrdən alış etməmək siyasətinin olduğunu bildirir. Şirkət iddia edir ki, bu illər ərzində Qazaxıstanın tütün təsərrüfatlarında sui-istifadə təcrübəsi azalıb. Bununla belə, şirkət uşaq əməyindən istifadəni aradan qaldırmaq üçün səylərini artıracağına vəd edir.

«Human Rights Watch»un isə rəsmisi hesab edir ki, uşaqlar birbaşa şirkət işçisi olmasa belə, onlara görə mənəvi məsuliyyət daşıyır.

BİR GÜN ƏRZİNDƏ TÜTÜN PLANTASİYALARINDA ÇALIŞAN İŞÇİNİN ORQANİZMİ 36 SİQARET ÇƏKMİŞ KİMİ OLUR

Ümumiyyətlə tütün siqaretə çevrilməzdən əvvəl də sağlamlıq üçün ziyanlıdır. Tütün yarpağı ilə təmas nikotinin dəriyə hopmasına səbəb olur. Tütün işçilərinin yoluxduğu xəstəlik «yaşıl tütün xəstəliyi» adlanır, orqanizmin zəifləməsi, ürəkbulanma, başgicəllənmə ilə müşahidə olunur. Səpgilərin də olması mümkündür.
Bir gün ərzində tütün plantasiyalarında çalışan işçinin orqanizmi 36 siqaret çəkmiş kimi olur.

Uşaqların bədən ölçüləri daha kiçik olduğundan, nikotinin həcmi onlar üçün xüsusilə təhlükəlidir.

Bu il «Philip Morris» Qazaxıstan plantasiyalarında işləyən miqrant fəhlələrin uşaqları üçün yay düşərgəsi açıb. Şirkət həmçinin təchizatçılardan işəmuzd əvəzinə, aylıq əməkhaqqı verməyi də tələb edəcək.

2009-cu ildə «Philip Morris» siqaret satışından 25 milyard dollar gəlir götürüb. Bu gəlir şirkətin Marlboro, L&M, Chesterfield və Bond Street markalarından əldə olunub.

/Tərcümə etdi: Sevinc Hüseynzadə/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG