Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:39

Hücumda 3 əsgər və 5 dinc sakin ölüb


Əfqanıstanın Qəndəhar şəhərində polis məntəqəsinə edilmiş hücum nəticəsində 3 əsgər və 5 dinc sakin ölüb.

Bu barədə NATO komandanlığı xəbər verir.

Bu hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Yaraqlılar binanın qapısını minalanmış maşınla partlatdıqdan sonra atəş açmağa başlayıblar.

Polis və hərbçilər cavab atəşi ilə hücumun qarşısını alıblar.

Son vaxtlar Əfqanıstanda hökumıt binalarına hücumların sayı artıb.

XS
SM
MD
LG