Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:12

Azərbaycanda istilər səngiyir


Azərbaycanda istilərin nisbətən səngiməsi növbəti günlərdə də davam edəcək.

Sinoptiklərin məlumatına görə sabah Abşeron yarımadasının bəzi yerlərində gecə və səhər qısamüddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 23-26, gündüz 30-33 dərəcə olacaq.

İyulun 16-da da eyni hava şəraiti davam edəcək, iyulun 17-də isə hava əsasən yağmursuz olacaq.

Rayonlarda isə iyulun 15-də gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağışları və və dolu gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG