Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:58

İsrail yardımın Qəzzəyə çatdırılacağını vəd edib


İsrailin hərbi dəniz donanması Qəzzəyə hümanitar yük gətirən gəminin nəzarətdə olduğunu deyir.

Məlumatlara görə gəminin mühərriklərindən birində problem yarandığından sürətlə hərəkət edə bilmir.

İsrail komandanlığı bəyan edib ki, əgər gemi geri dönməsə zəbt ediləcək.

Gəminin kapitanı isə istiqamətin dəyişdirildiyini, gəminin Misirin əl Ariş limanına doğru hərəkət etdiyini deyir.

Qəzzəyə 2 min ton hümanitar yük aparan gəmidə 12 heyət üzvü və 15 fələstinpərəst fəal var.

İsrail bildirib ki, gəmi əl Ariş limanına yan aldıqdan sonra bu yüklər quru yoluyla Qəzzəyə çatdırılacaq.

İsrail bu ilin mayında Qəzzəyə hümanitar yardım aparan gəmi karvanını saxlayarkən 9 fələstinpərəst fəal öldürüldü.

Günün bütün mövzuları

XS
SM
MD
LG