Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Əli Həsənov: «Azərbaycanda söz azadlığı sahəsində ciddi problem yoxdur»


«Azərbaycan jurnalistikasının əsas problemi jurnalist peşəkarlığının aşağı olmasıdır».

Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Trend» agentliyinə müsahibəsində belə deyib.

Onun sözlərinə görə mətbuatın bu gün yeganə problemi bir tərəfdən qəzetlərin reklam gəlirlərinin aşağı olması və iqtisadi vəziyyətinin müstəqil inkişaf etməsi üçün yetərli olmaması, digər tərəfdən jurnalist peşəkarlığının aşağı olmasıdır:

«Azərbaycanda media sahəsində çalışan və jurnalist adını daşıyan insanların çoxu qeyri-peşəkardır. Azərbaycanda bu gün onlarla, yüzlərlə peşəkar jurnalist varsa, beşyüzlərlə, minlərlə, bəlkə də on minlərlə jurnalist vəsiqəsini daşıyan qeyri-peşəkarlar mediaya doluşub və mətbuat sahəsində fəaliyyət göstərirlər. Ona görə də qeyri-peşəkarların çox olduğu yerdə peşəkar jurnalistlər onların arasında itib-batır».

Şöbə müdirinin fikrincə Azərbaycanda söz, məlumat, informasiya azadlığı sahəsində beynəlxalq təşkilatları, jurnalistləri narahat edəcək hər hansı ciddi problem yoxdur:

«Bu problemlər olsa da belə, ayrı-ayrı fərdi problemlərdir və bunlar cəmiyyət həyatının informasiya sahəsinin tendensiyasını təşkil etmir».

Ə. Həsənov son üç ildə medianın inkişafı ilə bağlı dövlətin xüsusi bir təşəbbüslə çıxış etdiyini, medianın inkişafını şərtləndirən xüsusi Dövlət Proqramının qəbul olunduğunu bildirib:

«Bundan başqa, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu quruma müəyyən səlahiyyətlər verilib, büdcəsinə vəsait ayrılıb və onun vasitəsilə medianın işini stimullaşdırmaq, dövlətin bu sahəyə qayğısını mərkəzləşdirmiş şəkildə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. 135 illik yubiley ərəfəsində yenə respublika səviyyəsində bəzi tədbirlər nəzərdə tutulub və biz bu günlərdə həmin tədbirlərin keçirilməsi ilə bağlı addımlar atacağıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG