Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:58
Məzhəbim xacə müsəlmansa da, dindar deyiləm,
Nə də şeytanlara sirdaş və bərabər deyiləm.
Leyk, fəxranə deyim Həqqi-Məhəmməd qulu mən
Başı əmmaməli, zər cübbəli kafər deyiləm.

Bu sözləri tanınmış satirik, dissident şair, bir vaxtlar həbs olunmuş jurnalist, hazırda Almaniyada müvəqqəti yaşayan Mirzə Sakit «İşdən sonra» proqramında deyib.

Hazırda gördüyü işlərindən danışan şair, Almaniyadakı vəziyyətindən də söhbət açıb.

Almaniyadan baxanda Bakını necə görür?

Tənqidi yazılarını davam etdirirmi?

Almaniyada ona hədiyyə olunmuş velosipedini harada saxlayır?

Qəzetlərdə onun şerləri daha niyə çap olunmur?

Almaniyanın nəyinə paxıllıq edir?

Canlı efirdə dinləyicilərə hansı şerləri dedi?

Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın nəyinə gülür?

Niyə Azərbaycanda lider görmür?

Bütün bu sualların cavabını eşitmək istəyirsinizsə Mirzə Sakitlə müsahibəni dinləyin.


/ Hazırladı Kamran Mahmudov /

Şərhləri göstər

XS
SM
MD
LG