Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:42

İlham Əliyev sel və daşqınlarla bağlı işləri müsbət qiymətləndirir


«Bu ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına əlavə 1 milyard yarım manat vəsait qoyulmalıdır. Biz çalışmalıyıq ki, bu vəsaitdən maksimum səmərə ilə istifadə edək ki, Azərbaycanda ilin sonuna qədər daha da böyük həcmdə işlərin görülməsinə nail olaq».

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yekun nitqində deyib.

Prezident qeyd edib ki, bu vəsaitin bir hissəsi ölkənin hərbi potensialının gücləndirilməsinə xərclənəcək, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcək.

İlham Əliyev vurğuladı ki, sel və daşqınlarla bağlı müvafiq qurumlar peşəkarlıqla işləyiblər:

Başqa ölkələrdə evlər sığortalanıb və dövlət demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür
ÖZƏL SEKTORU TƏMSİL EDƏNLƏR TƏMƏNNASIZ İŞLƏDİ


«Mən bilavasitə bu məsələlərə rəhbərlik edirdim və gündəlik formatda məlumatlar gəlirdi, özüm şəxsən vəziyyətlə tanış olmuşdum. Deyə bilərəm ki, bütün qurumlar çox yaxşı işlədilər, gecə-gündüz bu təbii fəlakətin aradan qaldırılması üçün çox böyük işlər gördük. Həm dövlət qurumları, həm özəl sektor və onu da demək istəyirəm ki, özəl sektoru təmsil edən şirkətlər, onların böyük əksəriyyəti təmənnasız işlədilər. Yəni bu, həqiqətən bir həmrəylik nümunəsi idi».

AZƏRBAYCAN BÜTÜN KÖMƏKLƏRDƏN İMTİNA EDİB

Prezidentin dediyinə görə, Azərbaycan dövləti təbii fəlakətin aradan qaldırılması ilə bağlı bütün işləri öz üzərinə götürüb. Azərbaycana müxtəlif ölkələrdən yardım göstərmək istəyən zənglər olub, müxtəlif ölkələrdən, dost ölkələrdən yardımlar təklif edilib:

«Biz bütün bu təşəbbüslərdə olan insanlara, ölkələrə öz minnətdarlığımızı bildirmək istəyirik. Ancaq onu demək istəyirəm ki, bütün fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bənd bərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik».

İNSANLAR VAXTINDA KÖÇÜRÜLDÜ

Əliyev qeyd etdi ki xilasetmə xidməti, səhiyyə nümayəndələri, təhsilin nümayəndələri, suyun idarə olunması ilə bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri başqa strukturlar çox səmərəli işlədilər. Onun sözlərinə görə ən önəmli məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi:

«İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl o təhlükəyə məruz qala biləcək bölgələrdən köçürüldü, onların müvəqqəti yaşayışı təmin edildi, ərzaq məsələləri, səhiyyə məsələləri, yəni biz bütün bu işlərə operativ şəkildə qoşulduq və maksimum nəticəni də əldə edə bildik».

Prezident bildirdi ki, bununla bərabər bu hadisələr Azərbaycan iqtisadiyyatına çox böyük ziyan vurub, insanların əmlakı dağılıb, minlərlə ev, minlərlə hektar torpaq su altında qalmışdı. Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilib:

AZƏRBAYCANIN FƏRQİ: BURDA EVLƏR SIĞORTALANMAYIB

«Başqa ölkələrdə evlər sığortalanıb və dövlət demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materiallardan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG