Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:02

Qəzzaya gedən gəmi istiqamətini dəyişib


Liviyanın Qəzzaya göndərdiyi humanitar yardım Misirə yan alıb.

Bu barədə İsrail hərbçiləri məlumat verib, qeyd ediblər ki, gəmi kapitanı Qəzzanın dəniz blokadasını yarmağa cəhd etməkdənsə, istiqaməti dəyişməyə üstünlük verib.

2 min ton qida və tibbi ləvazimat daşıyan gəmi Misirin əl-Ariş limanına gedir.

Buna qədər Liviyanın «Qəddafi Fond»u Qəzzaya gedən gəminin İsrailin hərbi katerləri tərəfindən mühasirəyə alındığını bəyan etmişdi.
XS
SM
MD
LG