Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55
Amerikanın məşhur “Playboy” kişi jurnalı bildirib ki, özünün Portuqaliya buraxılışını bağlayır.

Buna səbəb jurnalın Portuqaliya buraxılışının son sayında İsa Peyğəmbərin çılpaq qızların əhatəsində olan şəklinin verilməsidir.

Belə şəkil hətta jurnalın üz qabığında da var. Bu, Portuqaliyada qalmaqala, xüsusən dindarların etirazına səbəb olub.

Həmin şəkillərdən bu yaxınlarda dünyasını dəyişən Nobel mükafatlı portuqal yazıçısı, ateist Joze Saramaqonun anılması üçün istifadə edildiyi deyilir.

(Saramaqonun qalmaqallı “İsaya görə İncil” əsərində İsa Peyğəmbər adi insan ehtiraslarından xali olmayan şəxs kimi təsvir edilir”.

“Playboy”un redaktorları deyir ki, portuqal buraxılışındakı həmin şəkillər onlarla razılaşdırılmayıb.

“Playboy Enterprises”in vitse-prezidenti Tereza Hennesi Britaniyanın “Daily Mail” qəzetinə bildirib:

“Bu bizim standartlarımızın kobud şəkildə pozulmasıdır, əgər əvvəlcədən bilsəydik, buraxılışın çapına icazə verməzdik”.

Hennesi deyib ki, müqavilə əsasında jurnalın Portuqaliya buraxılışını buraxmış şəxslərlə münasibətlərin dayandırılması prosesi hazırda yekunlaşmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG