Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

ABŞ iranlı alimin ölkəsinə dönməkdə azad olduğunu deyir


ABŞ bildirirb ki, hazırda Pakistanın Vaşinqtondakı səfirlində olan İranın nüvə enerjisi üzrə alimi istəyirsə, ölkəsinə qayıtmaqda azaddır. Dövlət Departamentinin sözçüsü Filip Krovli deyib ki, İran alimi Şahram Amiri ABŞ-a öz istəyi ilə gəlib, öz istəyi ilə də gedə bilər.

Tehran iddia edir ki, alimi 2009-cu ildə ABŞ kəşfiyyatı oğurlayıb. Amma AVŞ ittihamı rədd edir.

Məlumatlara görə Şahram Amiri İranın mübahisəli nüvə proqramı üzərində işləyən alimlərdən biri olub. 2009-cu ilin yayında isə itkin düşmüşdü.

1979-cu ilin İslam İnqilabından bəri ABŞ-la İran arasında diplomatik əlaqələr kəsildiyindən İranın maraqlarını Pakistanın ABŞ-dakı səfirliyində bir şöbə təmsil edir. Şahram Amiri də iyulun 12-də həmin şöbəyə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG