Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41

Fransada üzü tam qapayan müsəlman geyimi qadağan edildi


Fransada müsəlman qadınların ictimai yerlədə üzü örtən geyimi qadağan edildi. Bu qanunu parlament iyulun 13-də qəbul edib.Qanunun pozulmasına görə 150 avro cərimə nəzərdə tutulur.

Qanun layihəsinin hökumətdən olan təşəbbüskarları bildirirlər ki, bu cür geyimlər Fransanın dünyəvi dəyərlərinə ziddir və təhlükəsizlk şəraitənə ziyan vurur. Amma yeni qanunun əleyhinə olanlar bildiriblər bu, fərdi azadlıqları pozur və ölkənin konstitusiyasına ziddir.

Fransa beş milyon nəfərə yaxın müsəlmanın vətənidir. Bu da Avropada ən böyük müsəlman icmasıdır. Rəsmi rəqəmlərə görə Fransadakı müsəlmanların yalnız 2000 nəfəri bu cür üzü tam örtən geyimdən istifadə edir.

İndi yeni qanun sentyabrda təsdiq üçün Fransa Senatına veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG