Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:09

İran ABŞ-dan alimin qayıtmasına imkan verməyi tələb edir


İyulun 13-də İranın Xarici İşlər naziri deyib ki, Pakistanın Vaşinqtondakı səfirliyinə sığınmış nüvə enerjisi üzrə iranlı alimin ABŞ-ı tərk etməsinə imkan yaratmalıdır. Nazir Manuçöhr Möttəki deyib ki, alim Şahram Amiri Pakistan səfirliyində ABŞ-İran əlaqələri ilə məşğul olan şöbəyə müraciət edərək İrana qayıtmağa icazə verilməsini xahiş edib.

Tehran iddia edir ki, alimi 2009-cu ildə ABŞ kəşfiyyatı oğurlayıb, indidə də səfirliyə qaytarıb. Amma ABŞ alimi onun saxladığı haqqında məlumatları inkar edir. Hələlik məlum deyil ki, Şahram Amiri iyulun 12-də necə gəlib səfirliyə çıxıb.
XS
SM
MD
LG