Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Kür və Arazda monitorinqin nəticələri açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlayıb.

İyul ayının birinci ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının üçüncü ongünlüyünə nisbətən 246 m3/san azalaraq 234 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG