Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:26

İsrail Qəzzaya yardım aparan gəmilərə hücum zamanı səhvlərin olduğunu etiraf edir


İsrail Qəzzaya yardım aparan gəmilərə hücum zamanı bəzi səhvlərə yol verildiyini etiraf edir. İsrail Ordusunun apardığı və istefada olan general Giora Eilandın rəhbərlik etdiyi müstəqil istintaqın gəldiyi nəticəyə görə, hücumdan öncə vəziyyət düzgün dəyərləndirilməyib. Lazımi kəşfiyyat tədbirləri görülməməsi, gəmidəkilərin müqavimət gücünün düzgün hesablanmaması 9 nəfərin ölümünə səbəb olub.

Amma müstəqil təhqitat qrupunun fikrincə, hücumda iştirak edən komandosların heç bir günahı olmayıb. Onlar mümkün olduğu qədər silahdan istifadə etməyəyə çalışıblar və çoxlu insan itikisinin qarşısını alıblar. Təhqiqatın gəldiyi nəticəyə görə, komandoslar ancaq dəyənəklər və bıçaqlarla hücuma məruz qalanda özünümüdafiə məqsədiylə atəş açıblar.

Silahlı qüvvələrin apardığı təhqiqatdan başqa, İsrail olayı araşdırmaq üçün mülki komissiya da yaradıb.
XS
SM
MD
LG