Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 19:07

«Milli Məclisdə Qarabağ məsələsinin müzakirəsinə nail olmadıq»


Pənah Hüseyn
Pənah Hüseyn
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat Pənah Hüseyn «Dağlıq Qarabağ: Vətəndaş-hökumət dialoqu» mövzusunda keçirilən debatda deyib. O bildirib ki, bu məsələ dəfələrlə parlamentdə qaldırılsa da, buna nail ola bilməyiblər:

«5 il ərzində Milli Məclisdə biz Qarabağ məsələsinin müzakirəsinə nail ola bilmədik. İstər müxalifətdən olan, istərsə də müxalifətdən kənar deputatlar bu məsələni dəfələrlə qaldırıblar. Bir neçə dəfə təklif olunub ki, QHT-lər, siyasi partiyalar, Qarabağ müharibəsinin veteranları, Qarabağ icmasının nümayəndələri, ziyalıların iştirakı ilə bu məsələ Milli Məclisdə və ya başqa yerdə dövlət başçısı ilə müzakirə edilsin... Təəssüf ki, bu istiqamətdə addım atılmasına nail ola bilmədik. Əlbəttə ki, bu, ümummilli bir məsələdir, bu məsələdə hər bir imkandan, hər bir insandan, vətəndaşdan da istifadə edilməlidir. Amma mən burda bərabərlik işarəsi qoymazdım. Bu, ilk növbədə dövlətin vəzifəsidir. Dövlət qurumlarının vəzifəsidir. Ən nəhayət, Azərbaycan prezidenti vəzifəsini öz boynuna götürmüş İlham Heydər oğlu Əliyevin birbaşa vəzifəsidir».

Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Elman Məmmədov isə deyib ki, Ermənistanla aparılan danışıqlarda gizli heç nə yoxdur:

«Azərbaycan prezidenti, Xarici İşlər Nazirliyi, Milli Məclis və başqa rəsmi qurumlar səviyyəsində Dağlıq Qarabağla bağlı aparılan bütün danışıqlar cəmiyyətə açıqdır.
Kərim Kərimov
Vətəndaş cəmiyyətindən gizli burda heç bir şey yoxdur. Cəmiyyət də bu prosesdə kifayət qədər fəal iştirak edir».

Elman Məmmədov düşünür ki, Dağlıq Qarabağ məsələsinin parlamentdə müzakirəsinə ehtiyac yoxdur.

Məcburi Köçkünlər Birliyinin sədri Kərim Kərimov isə deyib ki, heç bir icma Qarabağın taleyi haqda qərar verə bilməz. Bu, birbaşa hökumətin səlahiyyətində olan məsələdir:

«Mən çox arzulayardım ki, müxtəlif adamlar çıxışları zamanı «prezidentimiz cəsarət göstərib» ifadəsini tez-tez deməsinlər. Prezident və cəsarət sözü eyni mənalıdır. Prezident cəsarətli olar. «Prezident cəsarət göstərir» nə deməkdir? Bu o deməkdir ki, müəyyən yerlərdə o cəsarət göstərmir»….


/ Hazırladı Kamran Mahmudov /
XS
SM
MD
LG