Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:06
Bugünlərdə bloqsferanın bir neçə üzvü – Orxan Eyp, Vəfa Cəfərova, Türkan Hüseynova Kimsəsiz Bloqçular Dərnəyi yaradıb.

«14-24»-ün kimsəsiz bloqqer qonaqları ortaq layihələri olan bu dərnək haqqında heç də həmişə ortaq olmayan fikirlərini paylaşıblar:

«ƏSAS İSTƏYİM BIR RUH SAHƏSİ YARADA BİLMƏKDİR»

Orxan Aip: «Fikirləşdik ki, birləşib Azərbaycanda yeni bloq hərəkatı yaradaq. «Lifejournal»da rus və ingilis dillərində bu artıq var. Orda maraq dairəsindədir insanlar. Tutaq ki, yazan jurnalistlər bir-biriləri ilə dostluq edirlər, bir-birilərinin əməllərini şərh edirlər, fotoqraflar bir, müğənnilər bir və digərləri. Bizdə isə tərsinədir. Sən əgər hər hansı bir aksiyadan foto çəkirsənsə, o partiyanın aktivistləri ya səni tərifləyir, ya da söyürlər. Hərəkatı yaradanda, əsas istəyim o idi ki, bir ruh sahəsi yarada bilək».

«KİMSƏSİZLİK TƏNHALIQ DEYİL»


Vəfa Cəfərova: «Biz heç bir təşkilata, heç bir partiyaya aid olmadığımıza görə, bəzən bunda bizi ittiham edirlər ki, biz qorxuruq, ona görə heç kimə qoşulmuruq. Bilmirəm, sadəcə, sözün yaxşı mənasında, özbaşına olduğumuzu vurğulamaq istəyirik. Kimsəsizlik tənhalıq deyil. Çünki özümüz varıq, özümüz üçün. Sadəcə vurğulamaq istəyirik ki, biz heç kimə aid deyilik».

«EYNULLA FƏTULLAYEVİ QORUMAQ VİCDAN MƏSƏLƏSİDİR»

«Facebook» sosial şəbəkəsində Kimsəsiz Bloqçuların yaratdığı qrupda ilk tələbləri isə Eynulla Fətullayevlə bağlı olub - «Kimsəsiz Bloqçular Dərnəyi, Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını tələb edir».

Orxan Aip: «Eynulla Fətullayevi qorumaq vicdan məsələsidir. Bizim bir çoxumuz bloqsferadayıq ona görə ki, Azərbaycan fikir məkanında, alternativ düşündüyümüzə görə bizə, doğrudan da istədiyimiz yer verilmir».

Bloqqerlərin «centlmen danışığı»nın şərtlərindən...

Kimsəsiz bloqqerlərin missiyasından...

Həyatda şən bloqçuları pessimist edən səbəblərdən «14-24»-ü tam izləsəniz, xəbərdar olacaqsız...

Şərhləri göstər

XS
SM
MD
LG