Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25
«Əgər bu arxiv 30-cu illərdə yaransaydı, başqa şeylər görərdik, həm də fondumuz daha zəngin olardı».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının qonağı olan Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur səsləndirib.

ARXİV MƏNƏVİ İNANC VƏ SAXLANC YERİDİR


Onun sözlərinə görə, o vaxt repressiya qurbanlarını doğrayan maşın Cavidləri, Müşfiqləri yox etdi, hətta bəzi yaradıcı insanları Vətəndən dərbədər saldı. Əlyazmalar, kitablar, sənədlər yandırıldı. «Arxiv elə mənəvi inanc və saxlanc yeridir ki, orada dövlət səviyyəsində hər şey--pis də, yaxşı da, yaşayanlar-yaradanlar əks olunmalıdır».

İyulun 17-də 45 yaşını qeyd edəcək Arxivə yaradılışından bir il sonra-- cəmi 20 yaşında gələn Maarif Teymur «özüm də bilmədim ki, bu tale necə mənim qismətim oldu», –deyir.

ÜÇ NƏFƏR İŞÇİ, DÖRD DƏMİR SEYF, BİRCƏ OTAQ...


Üç nəfərlə, dörd dəmir seyflə, indiki Hacı Zeynalabdin Tağıyev küçəsindəki bir otaqda fəaliyyətə başlayan Arxivin ilk vaxtlar bədxahları, «bu nəyə lazımdır» deyənləri də varmış. «Mən gələnə kimi artıq 30 nəfərin fondu yaranmışdı».

Bir-bir evlərə gedərək sənədlər toplayıblar. «Sənət, ədəbiyyat adamlarının adına fond açıb saxlayırdıq». Mirzə İbrahimovun, Qılman İlkinin, Nəcibə Məlikovanın, Mir Cəlalın, Əziz Şərifin və b. fondu beləcə yaranıb.

Maarif müəllim o vaxtlar gənc aktrisa olan Safurə İbrahimovanın evinə gedərək fond açdıqlarını da xatırlayır. 2Yenə bu nəyə lazımdır--deyənlər oldu. Sən demə, gələcəkdə bu gərək olacaqmış. İndi Safurə xanım sənətdən ayrılıb», - dedi.

GƏRƏK İÇİNDƏ BU İŞƏ YANĞI OLSUN

Maarif Teymur bu ilin dekabrında arxiv quruculuğunun 90, iyuln 17-də isə Ədəbiyyat və İncəsənət Arxivinin 45 yaşı olacağını vurğuladı. «Bu da insan taleyidir, millətin taleyidir. Buna da həvəs, yanğı lazımdır. Gedəsən, qapını döyəsən ki, Süleyman müəllim, gəlmişəm, xahiş edirəm, sənədləri bizə verin, saxlayaq».

ONLAR HƏYATDA YOXDUR, AMMA...

Yavaş-yavaş fondların sayını artırdıqlarını söyləyən Maarif Teymur «indi heç biri həyatda yoxdur, amma arxivdə onların ikinci ömrünü yaşadan fondları var», - deyə təskinlik tapdı.

--Dövlət Ədəbiyyat və İncəsənət Arxivində indi nə qədər fond var?

--Bunların arasında eləsi varmı ki, Maarif Teymur yanından sakit ötə bilmir?

--Mühacirət ədəbiyyatı Arxivdə necə əks olunub?

--Ceyhun Hacıbəylinin 500 kq-lıq şəxsi fondunda nələr var?

«İz»i dinləsəniz, ən son mədəniyyət xəbərlərini də eşidəcəksiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG