Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:24
Molla Nəsrəddin 4

Qiyməti 12 qəpik 30 İyun № 13

MƏKTUB

Əzizim, Molla əmi!

Yazıb məlum edirəm ki, Bakının Axundları havanın istiliyi cəhətinə gediblər bağlara.

Burada bir neçə gün bundan irəli iki nəfərin arasında düşmənçilik var idi, bir adam tapılmadı ki, bunları barışdırsın.

Dünən Ləzgilərin nümayəndəsi Məşədi Şabanı çağırdıq bu iki nəfəri barışdırdı, amma bizim mollalar bağlarda ağacların altında kef çəkirlər.

Bizim bir adamımız öləndə bir at kirayələyib çapırıq molla dalınca.

Əgər mümkün olsa, təvəqqe edirik bizim üçün bir neçə axund göndərəsən, çünki işimiz çox yaman keçir. Əgər göndərməli olsan tez göndər.

Və bundan savayı ərz olsun ki, dünən bizim şəhərə Təbrizdən üç nəfər falabaxan gəlib, əgər lazım olsa yaz göndərək.

Yaxşı göbək yazırlar, arpanı divara yeridirlər, özlərinin də şəhadətnamələri var.

Adres: Bakı, Karvansarayi – Lalayev.

Cavab:

Bu kağıza əməl eləmək fikri ilə idareyi – ruhanilərə adam göndərib təvəqqe elədik ki, Bakıya bir neçə nəfər, heç olmasa bir nəfər molla göndərsinlər.

Amma göndərdiyimiz adam geri qayıdıb xəbər gətirdi ki, müfti və şeyxül-islam cənabları çlenləri ilə bərabər çoxdan gediblər yaylağa.

Çünki hərçənd ki bu il Tiflis yaylaq kimi sərindir, amma erməni – müsəlman məsələsindən yana cüzi narahatlıq nəzərə gəlir.

O ki qaldı falabaxanlar, o barədə də cavabımız budur ki, indiki halda Tiflisdə bir nəfər falabaxan var və bu da kifayət edir, çünki burada o qədər müsəlman yoxdur.

Onları siz saxlayınız Bakıda, genə lazım olar.

Şamaxıdan bizə yazırlar:

“Bu günlərdə bir nəfər 14 – 15 yaşlarında erməni uşağı nədən ötrü isə gedib naçalnikə şikayət edən zaman naçalnik yuxudaymış, elə güman eləyib ki, şikayətçi müsəlman balasıdır, genə də qalxıb şikayət edən erməniyə deyib ki, bala sən uşaqsan, get filan əmələ, sənin şikayət etmək vaxtın deyil, filan iş görmək vaxtındır.

Uşaq qayıdıb gəlib öz erməni cəmiyyət firqəsinə söyləyib.

Haman işin xatirəsi üçün bir gün sonra dörd erməni küçədən keçən zaman naçalniki söyüb deyiblər ki, naçalnik, sən naçalniksən, borclusan şikayət edənin şikayətinə baxasan, nəinki biqabil sözlər deyəsən.

Səni o qədər bu küçədə döyərik ki, palçığa dönərsən.

Cənab naçalnik bir cür hiylə və politika ilə ermənilərdən özünü səlamət qurtarıb.

İndi odur-budur erməninin iti də şikayətə gedəndə cənab naçalnik mum kimi olub, şikayətə baxıb sərəncam eləyir.

Bundan sonra vay, vay müsəlmanın güzəranına və halına.”

İdarədən cavab:

“Bizdən isə ermənilərdən dərs götürmək lazım deyil. Siz öz işinizdə olun. Ağaların, böyüklərin yanında tərk-ədəblik yaxşı iş deyil.

RUBRİKANIN ARXİVİ

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG