Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:33

Cənubi Koreyanın batmış gəmisi müzakirə olunacaq


Şimali Koreya nümayəndələri və BMT-nin hərbi missiyası ilk dəfə olaraq görüşəcəklər. İyulun 13-də keçiriləcək görüşdə Cənubi Koreyanın hərbi gəmisinin batırılması müzakirə olunacaq.

Görüş Şimali və Cənubi Koreyanın sərhədində keçiriləcək.

Ötən cümə BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın Cənubi Koreyanın hərbi gəmisinə torpedo hücumu nəticəsində batırılmasını müzakirə etmişdi.

Cənubi Koreyanın hərbi gəmisi bu ilin martında batırılmışdı. Həmin hadisə vaxtı 45 dənizçi həlak olmuşdu.

Şimali Koreya hadisədə əlinin olmadığını bildirib.

XS
SM
MD
LG