Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:19
2010-cu il Dünya Çempionatının «Qızıl Top» mükafatını Uruqvay yığmasının futbolçusu Dieqo Forlan alıb.

«Qızıl butsı» və turnirin ən yaxşı gənc oyunçusu mükafatını isə Almaniya yığmasından Tomas Müller qazanıb. O dünya çempionatında 5 qol vurub.

Ən yaxşı qapıçı üçün təsis olunmuş «Qızıl əlcək» mükafatına isə İspaniya yığmasının qapıçısı İker Kasilyas layiq görülüb.

İspaniya yığması isə ən layiqli oyununa görə FİFA-nın Fair Play mükafatını qazanıb. Bütün çempionat ərzində İspaniya yığması 8 sarı vərəqə alıb.

Şərhləri göstər

XS
SM
MD
LG