Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:09

Forlan “Qızıl Top”, Müller isə “Qızıl butsı” aldı


2010-cu il Dünya Çempionatının “Qızıl Top” mükafatını Uruqvay yığmasının futbolçusu Dieqo Forlan alıb.

“Qızıl butsı” və turnirin ən yaxşı gənc oyunçusu mükafatını isə Almaniya yığmasından Tomas Müller qazanıb. O dünya çempionatında 5 qol vurub.

Ən yaxşı qapıçı üçün təsis olunmuş “Qızıl əlcək” mükafatına isə İspaniya yığmasının qapıçısı İker Kasilyas layiq görülüb.

İspaniya yığması isə ən layiqli oyununa görə FİFA-nın Fair Play mükafatını qazanıb. Bütün çempionat ərzində İspaniya yığması 8 sarı vərəqə alıb.

XS
SM
MD
LG