Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:53

Qırğızıstanda vəziyyət sabitləşir


Qırğızıstanın cənubunda vəziyyət sabitləşir. Oş vilayətinin komendantı Bakıt Alımbekov deyib ki, bununla yanaşı evlərinə qayıdanların yaşayış yerlərinin bərpası ilə bağlı problemlər qalır.

Komendant onu da deyib ki, qırğızlarla özbəklər arasında baş vermiş qanlı qarşıdurma nəticəsində ölən daha 260 nəfərin meyiti də müəyyənləşib. Onlarla adam isə itkin düşmüş sayılır.

Rəsmi rəqəmlərə görə, etnik qarşıdurma nəticəsində ölənlərin sayı 300, qeyri-rəsmi rəqəmlərə görə isə iki min nəfərdir.

XS
SM
MD
LG