Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:51

Kərzai talibançıların “qara siyahı”dan çıxarılmasını istəyir


Əfqanıstan prezidenti Həmid Kərzai BMT-yə müraciət edərək 50-ə qədər talibançının adının BMT-nin “qara siyahısı”ndan çıxarılmasını xahiş etmək niyyətindədir. Bunu “Vaşinqton Post” qəzeti Əfqanıstanın adı çəkilməyən rəsmisinə istinadən yazıb. Məqsəd talibançılarla barışıq danışıqlarını stimullaşdırmaqdır.

Qəzetin yazdığına görə, həmin şəxslərdən azı beşi keçmiş Taliban rəsmisidir. Onlar hazırda əfqan hökuməti ilə qiyamçılar arasında vasitəçilik edirlər.

XS
SM
MD
LG