Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:01
Dostayevski vəfat edəndə rahib kimi ona yol göstərən insanı itirdiyinə görə rus xalqı və ədəbi mühütü sarsıldı və bu yazarın cəmiyyətlə bağlantısının, rus toplumunda baş verən proseslərə əsərlərində birbaşa müdaxilənin nəticəsi idi.

Son dövrlərdə xüsusilə “Azadlıq” radiosunda ziyalılardan, yazarlardan sanki müsbət impuls almaq adına bir-birinin ardınca müsahibələr gedir və nəticədə ortaya hansı mənzərə çıxır, daha doğrusu dinləyicidə belə bir sual doğur, görəsən bu yazarlardan hansı birisə dünyasının dəyişərsə Azərbaycan cəmiyyəti kimi, hansı yol göstərənini itirəcək...

Bu gün yuxarıdan aşağıya xalqı soyan bir məmurun dünyasını dəyişməsi ilə bir yazarın dünyasını dəyişməsini fərqi olacaqmı cəmiyyət üçün...

Yaradıçılıqlarına kecən əsrin 60-çı illərində başlayıb doğurdan da ədəbiyyata müəyyən yeniliklər gətirən, insanı kolxoz, traktorun kölgəsindən cıxarıb fərd olaraq dünyasında səyahətə çıxara bilmiş bu yazarlar inds hansı fərdi kimlikləri, xüsusuiyyətləri, keyfiyyətləri ilə sıravi insandan fərqlənirlər.

Yeganı fərq ondadır ki, sadə kəndli, fəhlənin biganəliyi Anarın, Elcinin, Ə.Əylislinin, M. İbrahimbəyovun, M. Süleymanlının laqeyidliyindən daha ziyansızdır, o haqqının tapdanmasına seyircidirsə, bu kimi yazarlıq missiyasını üzərinə götürmüşlərsə bütün bir millətin məhvə sürüklənməsinə, mənəviyatını aşılanmasına seyircidirlər.

Daha da qorxulusu odur ki, təkcə seyirci deyillər, həm də iştirakçıdırlar...

Anarın “Azadlıq” radiosundakı son çıxıından sonra mən də belə bir sual doğdu, görəsən kürsünü, övladlarına vəzifə və komfortu hər şeyin üzərinə çıxaranlarla Novruzəlinin nəyi fərqlidir, ya da bu kimi adamların öz düşüncə və qabiliyyətlərini bazara çıxarması ilə adı satıçının tərəvəzi piştaxta arxasına qoyub satmasının fəqi nədir...

... Alver- alver deyilmi…

Amma sonra fərq olduğunu gördüm, hər ikisində alvercinin “satış”adlı bir həqiqəti var, amma biri günahsız satışdır, birisə günakhar və qəbahətli...

Birinci də alıçını aldatsa da, kilodan kəssə də alıcının süfrəsində bir şey yenə olmuş olur və ən pis halda və nisbi olaraq ac qalan mədəsi olur, digərininsə satışa çıxardığı ən azından və hər şeyi, bütün mənəvi keyfiyyətləri kənara qoyub danışsaq da yenə “yazar” adını satışa çıxarmaqdır və bu alverin nəticəsində toplumun “süfrəsinə qoyulan” yarınma, prinsipsizlik olur.

Mənəviyyatısa nəinki ac qalır, nisbi və günlük deyil, mütləq olaraq yoxsullaşıb məhv olur...

Toplumun önündə gedən insanın əl öpüb birinə yaltaqlanması qədər o toplumun mənəviyyatını korlayacaq başqa bir nümunə tapmaq mümkün deyil bəlkə…

Qonşu Türkiyədə Orxan Pamuk baş nazirin verdiyi nahara qatılmamışdı, qoy bizimkilər qatılsın, amma yaltaqlanmağa yox, qoy bizimkilər vəzifədə də otursun, amma özünü, düşüncələrini o vəzifənin köləsi etməsin, qoy övladları da vəzifəfələrə yiyələnsin, amma yazar bir övladının deyil, mənsub olduğu xalqın atası ola bilsin...

Anar son müsahibəsində Eynullanın Balayana ondan daha cox hörmət etməsini yazdığını bildirib...

Axı bu faktı xatırlatmağın özü bu günlərdə elə Anarın özünə ziyandır və yazar cox gözəl bilir ki, Eynulla Balayanın erməni olmasına, ya da daha güclü yazar olmasına işarə vurmur, onun xalqı üçün getdiyi yolda tutduğu prinsipial mövqeydən danışır.

Bizə görə və haqqa görə Balayan günahkardır, amma öz xalqının qəhramanıdır, yalnışlarını bilsək də, bundan əziyyət çəksək də Balayan “Böyük Ermənistan” xülyası ilə xalqının zehniyyətini zəhərləyən biridir.

İndi soruşmaq gərək, elə mənim də nifrət etdiyim Balayan pis mənada xalqının beynini zəhərləyir, amma sonun qədər bu “zəhərinin” yanındadır, yaxşı bəs siz, Qabarağın verilməsinin astanasında olduğumuz bu günlərdə toplumun beynini “haqq üçün, torpaq üçün savaşmaq kimi həqiqətlə niyə “zəhərləmirsiniz”, niyə Böyük Ermənistan xülyasının boş olduğunu xalqımıza çatdırıb onu torpaq üçün savaşa ayaqlandırmırsınız ki, bir erməni jurnalisti də sizə imrənib həsəd aparsın ki, Azərbaycan xalqının belə bir yazarı var...

Niyə siz də öz xalqınızın qəhramanı ola bilmirsiniz?!

Bəlkə bu xalq buna layiq deyil…

Əvəzində sizdən nə eşidirik, Anar deyir ki,“mən elə sözlər danışmıram ki, məni türməyə atsınlar”.

Əkrəm Əylislisə bildirir ki, “xalq həmişə istəyir ki, bir nəfər qəhrəman olub ölsün, mən qəhraman filan olmaq istəmirəm”.

Bir vaxtlar Güney Azərbaycanda Ərk qalasının sökülməsi gündəmdəydi və Anar o zaman deputat idi, ona bu haqda sual veriləndə “bu bizim işimiz deyil, İranın daxili işlərinə qarışmaq istəmirəm” deyib bir yazar kimi də Güneyin sözdə haqqını, mədəniyyətini qorumaqdan boyun qaçırdı.

Bəs indi Qarabağla bağlı niyə bir kəlmə danışmırsınız, bu da sizin “daxili işiniz” deyil?!

Kimsə kimsədən bacara bilmədiyini tələb etmək ixtiyarında deyil, mən də bu ixtiyarı özümə vermirəm zatən, amma məsələ torpaq, xalqın üzərinə gələndə hər kəs bacardığını etməkdə hökmlüdür.

Vaxtı ilə Fransa öz taleyini Janna adlı bir qıza tapşıranda kimsə ondan qəhrəmanlıq gözləmirdi, amma o xalqının qəhramanı oldu.

İndi də 60-cı illərin nəsli yazarlarından qəhrəmanlıq gözləmirik, çünki illərdir sübut etdilər ki, onlar ”balaca qız Janna” ola bilmirlər, amma ən azından elə danışa bilərlər ki, onları həbs etməsələr də yazar olduqları unudulmaz, xalq bir yana, onsuz da onu çoxdan yanıldıb xəyal qırıqlığına uğratmısınız, heç olmasa götürülən müsahibədən sonra sizinlə danışan jurnalist məyus olmasın...

Çünki ” Azadlıq” radiosunda Xədicə İsmayılova Anarla müsahibədən sonra Facebookda statusunda eynən belə yazmışdı...

“Bu gün çox məyus oldum”...

Son

“Oxu zalı”ndan: Yazıçı Anarın Azadlıq Radiosunun "İşdən sonra" verilişinə verdiyi sözügedən müsahibə mətbuatda geniş müzakirə doğurub. Azərbaycan Yazıçılar Birliyi yazıçının bəzi fikirlərinin yanlış yöndə yozulması ilə bağlı açıqlama da yayıb:

“Radio müsahibəsində Anar azı dörd dəfə Eynulla Fətullayevin həbsdən azad olunmasını istədiyini deyib.

Aparıcı dönə-dönə bu məsələyə qayıtdığına görə bir yerdə Eynulla Fətullayevin «mən Zori Balayana Anardan artıq hörmət edirəm» sözlərini sitat gətirib. Eynullanın atası Emin Fətullayev bu sözlərin kontekstdən çıxarıldığını iddia edir.

Hansı kontekstdə olur-olsun bu sözlər birmənalıdır. Belə məlum olur ki, Emin Fətullayev özü də oğlunun bu fikrinə şərikdir.

Zori Balayanın yalnız özü haqqında deyil, oğlu haqqında da məlumata malik olan Emin Fətullayev deyir: «Zori Balayan öz xalqı üçün etdiyinin mində birini Anar Azərbaycan xalqı üçün etməyib».

Anarın Azərbaycan xalqı üçün etdiklərini onun qatı düşmənlərindən başqa, hamı bilir.

O cümlədən Anar haqqında ölüm hökmü çıxarmış erməni terroristləri də. Azərbaycanlı uşağın dərisi soyularaq öldürülməsini ləzzətlə seyr edib, Bakı metrosunda partlayış təşkil edən, türklərə qarşı nifrət püskürən Zori Balayan öz xalqının başına da ancaq bəlalar gətirib.

Azərbaycandakı təəssübkeşlərindən başqa bu da hamıya məlumdur.

Anara görə atasının, oğlunun adının hallandırılması real faktları, konkret dəlilləri təkzib edə bilməyən gücsüzlərin adətidir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG