Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

Naxçıvanda «Ümid» Partiyası sədrinin evinə basqın olub


«Ümid» Partiyası Naxçıvan MR təşkilatının sədri Faiq Əliyev

«Ümid» Partiyası Naxçıvan MR təşkilatının sədri Faiq Əliyev

«Ümid» Partiyası Naxçıvan MR təşkilatının sədri Faiq Əliyev iyulun 11-də saat 12:30 radələrində yaşadığı evdə muxtar respublikanın Daxili İşlər Nazirliyinin 15-ə yaxın yüksək vəzifəli polis zabitlərinin basqınına məruz qalıb.

Onun sözlərinə görə, evinə girən polslər arasında muxtar respublikanın banditizmə və terrorizmə qarşı idarəsinin rəisi Əsgər Quliyev, cinayət axtarış idarəsinin rəisi Qulu Rüstəmov da olub

Partiya fəalı iddia edir ki, polis tərəfindən yüngül xəsarətə və hədə-qoruxuya məruz qalıb.

O, həyat yoldaşı Xanım Əliyevanın da polislərin kobud ifadələrilə üzləşdiyini bildirir.

F. Əliyev nazirliyə izahat verməyə dəvət edilsə də, izahatın evdə jurnalistləri və hüquq müdafiəçilərinin qarşısında alınmasını tələb edib.

Polislər isə jurnalistlərin gəlişini gözləməyiblər.

Hadisəyə aydınlıq gətirmək üçün polislə əlaqə saxlamaq mümkün olmayıb.

F. Əliyev basqının səbəblərini öyrənmək üçün Naxçıvan MR daxili işlər naziri Əhməd Əhmədova telefonla müraciət edib. Nazir bildirib ki, polislər əməliyyat aparılacaq evi səhv salıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG