Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

BP sızmanın qarşısını almaq üçün növbəti cəhdini edir


BP şirkəti Meksika körfəzində neft sızmasının qarşısını almaq üçün növbəti cəhdini edir.

Budəfəki əməliyyatda quyunun üzərində yerləşdirilmiş kiçik qapağın daha böyüyü ilə əvəz olunması nəzərdə tutulub.

Mütəxəssislər artıq kiçik qapağın götürüldüyünü deyirlər.

Onların fikrincə böyük qapaqla gün ərzində dənizə axan neftin daha çox hissəsini tutmaq mümkün olacaq.

Hesablamalara görə gün ərzində dənizə təxminən 60 min barel neft axır.

Bu birləşmiş Ştatların tarixində ən böyük ekoloji faciə hesab olunur.

İri neft ləkəsi ABŞ-ın balıqçılıq və turizm sənayelərinə ciddi ziyan vurub.

ABŞ hökuməti BP çirkətindən qəzanın təcili qarşısının alınmasını tələb edirlər.
XS
SM
MD
LG