Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:24

Serebrenitsa faciəsinin 15-ci ildönümü qeyd olunur


Bu gün Bosniyada Serebrenitsa qırğınının 15-ci ildönümü qeyd olunur.

Bosniyadakı serb ordusu 1995-ci ildə bu şəhərdə 8 minədək müsəlman kişi və oğlanı qətlə yetirib.

Bu gün Serebrenitsada bu yaxınlarda aşkar edilimiş daha 775 adamın qalıqları dəfn olunacaq.

Matəm mərasimində Serbiya prezidenti Boris Tadiç, Xorvatiya prezidenti İvo Yosipoviç, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, bir sıra ölkə rəsmiləri və minlərlə adam iştirak edəcək.

Serbiya prezidenti Boris Tadiç bildirib ki, onun bu mərasimdə iştirakı keçmiş Yuqoslaviya ölkələri arasında barışığa xidmət edərdi.

Həmçinin Serbiyanın baş naziri Mirko Svetkoviç bildirib ki, artıq Qərbi Balkan ölkələri arasında barışıq vaxtıdır.
XS
SM
MD
LG