Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:00

İlham Əliyev MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib


Azərbaycan prezidenti MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib. Məlumatı AzərTac agentliyi yayıb. Tədbir Yaltada, məşhur Livadiyski sarayında keçirilib.

Görüşü açan Ukrayna Prezidenti Viktor Yanukoviç MDB çərçivəsində iqtisadi əməkdaşlığın sürətləndirilməsi mexanizmlərinin müzakirə edilməsini, nəqliyyat və turizm sahələrində birgə layihələrin həyata keçirilməsini təklif edib. Üzv dövlətlər arasında ticarətin liberallaşdırılması məsələsinə xüsusi diqqət yetirilib. Bundan əlavə, görüşdə azad ticarət zonasının yaradılması barədə saziş layihəsinin hazırlanmasına və MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının növbəti görüşündə bu məsələyə baxılmasına dair razılıq əldə olunub.

Görüşdə humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyri-rəsmi görüşdə MDB-nin üzvü olan altı ökənin – Azərbaycan, Ukrayna, Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın prezidentləri, Birliyin icraçı katibi iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG