Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:19

Dağlıq Qarabağ nəzarətsiz ərazilər siyahısına salınıb


Dağlıq Qarabağ və Dnestryanı bölgə ATƏT-in Parlament Assambleyasının Osloda keçirilən 19-cu sessiyasında nəzarətsiz ərazilər siyahısına daxil edilib.

İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miqliorinin hazırladığı ilkin hesabatda yalnız Dnestryanı regionun adı olub.

Amma Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev Parlament Assambleyasındakı komitənin iclasında hesabata düzəliş təklif edib.

Səsvermə zamanı təklif səs çoxluğu ilə qəbul edilib və hesabata Dağlıq Qarabağın da adı salınıb.

Siyahıya MDB ərazisindəki digər nəzarətsiz ərazilər də daxil edilib.
XS
SM
MD
LG