Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Neft ABŞ-a milyardlarla dollar ziyan vurub


BP şirkəti Meksika körfəzində neft sızmasının qarşısını almaq üçün növbəti cəhd göstərəcək.

Mütəxəssislər quyunun üzərində daha böyük qapaq yerləşdirməyi planlaşdırırlar.

Təxminlərə görə bu gün ərzində daha çox, 80 min barelədək neft yığa biləcək.

Hazırkı qapaq gün ərzində cəmi 25 min barel neft yığa bilir.

ABŞ hökuməti şirkətdən qəzanın qarşısının alınmasını tələb edir.

Bu Birləşmiş Ştatların tarixində ən böyük ekoloji faciə hesab olunur.

Artıq 5 ştata çatmış nəhəng neft ləkəsi balıqçılıq və turizm sənayesinə milyardlarla dollar ziyan vurub.
XS
SM
MD
LG