Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:46

Meymun isə Hollandiyanın qalib gələcəyini “deyir”


Frans-press agentliyi xəbər verir ki, Estoniya zooparkındakı şimpanze dünya futbol çempionatının finalında Hollandiyanın qələbə çalacağını “deyir”.

Yeganə problem Pino adlı meymunun birtərəfli proqnoz verə biləcəyi ola bilər, çünki o, Amsterdamda doğulub, sonradan Estoniyaya gətirilib.

Pinonun qarşısına içinə qida qoyulan və üstündə ispan və holland bayraqlarının şəkli olan iki qutu qoyulub. Meymun dərhal Hollandiyanın qırmızı, ağ, mavi bayrağını seçib.

Estoniyadakı bulvar qəzetlərindən biri heyvanxana rəhbərliyindən xahiş edib ki, finalla bağlı şimpanzenin “rəyini” öyrənsin.

Buna səbəb Almaniyada bir osminoqun indiyəcən çempionatla bağlı “verdiyi” proqnozların düzgün çıxması və finalda da İspaniyanın qalib gələcəyini “söyləməsidir”.
XS
SM
MD
LG