Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57
«Kifayət qədər emosional azarkeşəm». AzadlıqRadiosunun «İşdən sonra» proqramında futbol üzrə Dünya Çempionatının son iki oyunun müzakirə olunarkən Müsavat Partiyasının başqanı İsa Qəmbər belə deyib. Başqan deyib ki, ancaq bütün sahələrdə olduğu kimi, futbola baxanda da emosiyalarına hakim olmağa çalışır:

«Mənə elə gəlir ki, futbol həyatın bir hissəsidir və futbol sahəsi müəyyən mənada həyatın məşqidir. Real həyatda yaşanan bütün emosiyalar bu və ya başqa ölkələrdə futbolda da yaşanır».

Futbol şərhçisi Altay Əliyev isə deyib ki, builki çempionat yay fəslində istirahət etməyə imkanı olmayanlara gözəl istirahət bəxş etdi:

«Bu çempionat gözəlliyi ilə yadda qaldı. Sensasiyalı nəticələr qeydə alındı. Və gözlənilən komandalar finala, yarımfinala qədər irəlilədi. Son nəticədə İspaniya ilə Hollandiya finalda mübarizə aparacaqlar. Təəssüfləndirici fakt odur ki, 2 gündən sonra çempionat yekunlaşır».

İsa Qəmbər və Altay Əliyev verilişdə Dünya Çempionatının finalında qarşılaşacaq ölkələrdən hansına azarkeşlik etdiklərini də açıqlayıblar.


/Hazırladı Kamran Mahmudov/

Şərhləri göstər

XS
SM
MD
LG