Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:21

«Bu, cəmiyyəti nəzarət altında saxlamağa yönəlib»


İntiqam Əliyev
İntiqam Əliyev
«Kameraların quraşdırılması cəmiyyəti nəzarət altında saxlamağa yönəlib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas İntiqam Əliyev deyib. Onun sözlərinə görə, normal ölkələrdə belə qərarlar qəbul edilməmişdən əvvəl ictimai müzakirələrdən keçir, ekspertlərin, hüquqşünasların rəyləri dinlənilir. Azərbaycanda isə hökumət qanunları və ya qərarları qəbul edir, ancaq ictimaiyyətə bunun qəbulunun zəruriliyi barədə heç bir məlumat vermir:

«Bizim acı təcrübəmiz onu göstərir ki, bu cür tədbirlər insan hüquqlarının müdafiəsindən, ictimai təhlükəsizliyin təminindən daha çox cəmiyyəti nəzarət altında saxlamağa yönəlib. Tutaq ki, insanların daha çox toplaşdığı yerlərdə (məsələn piketlərin keçirilməsi ilə bağlı) bu cür kameraların yerləşdirilməsi, həmin o toplantı iştirakçılarına qarşı sonradan sanksiyaların tətbiq edilməsi vasitəsi kimi istifadə oluna bilər».

İntiqam Əliyev deyib ki, bundan əvvəl quraşdırılan kameralar barədə özünün gördükləri onda o qədər də yaxşı münasibət formalaşdırmayıb:

«Məsələn, yollarda çoxlu sayda kameralar, radarlar quraşdırılır. Mən rayonlara gedəndə dəfələrlə müşahidə etmişəm. Özümün də başıma gəlib. Məni saxlayırlar, polis işçiləri deyirlər ki, kameraya düşmüsüz. Mən bunu etməmişəm. Amma xeyli sayda insanlar polisə pul verib həmin o kameradan şəkillərini sildirirlər. Ona görə hesab edirəm ki, o kameraların yerləşdirilməsi çox ciddi hadisədir. Bizim özəl həyatımıza müdaxilənin olub-olmaması ilə bağlı çoxlu problemlər var. Onun konstitusiya ilə uyğunluğu ilə bağlı problemlər var. Eyni zamanda kameralardan sui-istifadə olunmaması ilə bağlı bu cəmiyyətdə zəmanət yoxdur».



/Hazırladı: Kamran Mahmudov/

NƏZƏR YETİR:


VİDEOKAMERALAR BAKINI FASİLƏSİZ ÇƏKƏCƏKLƏR
XS
SM
MD
LG