Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

Röyters artıq casusların dəyişdirildiyini xəbər verir


Röyters agentliyi xəbər verir ki, Rusiya və Amerika soyuq müharibədən bəri ən böyük cəsus dəyişmə əməliyyatı keçiriblər.

Rusiya və Amerika təyyarələri Vyanada eniblər və saat yarım aeroportda yan yana dayanıblar.

Onlar arasında maşınlar gedib-gəlib. Bundan sonra təyyarələr gəldikləri ölkələrə yollanıblar.

Amma casusların dəyişdirilməsi barədə tərəflər hər hansı məlumat yaymayıb. Adı açıqlanmayan yüksək vəzifəli rus təhlükəsizlik rəsmisi casusların dəyişdirildiyini təsdiqləyib.

Rus mediası yazır ki, Amerikanın bu yaxınlarada Rusiyanın xeyrinə casusluq etməkdə günahlandırıb tutduğu 10 nəfərlə Rusiyada Qərbə işləməkdə günahlandırılıb həbs edilən 4 nəfər dəyişdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG