Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:17

Indi də Qəzzafi Fondu Qəzzaya gəmi göndərir


DPA agentliyi xəbər verir ki, Liviya lideri Müəmmər Qəddafinin Beynəlxalq Xeyriyyə və İnkişaf Assosiasiyası Qəzzaya humanitar yardım dolu gəmi göndərməyi planlaşdırır.

Ərzaq və dava-dərmanla dolu gəmi Yunanıstanın Lovrio limandan Qəzzaya yollanacaq. Bu, Latviya bayrağı altında üzən Yunanıstan gəmisidir.

Gəminin göyərtəsində onlarla ictimai fəal olacaq. Assosiasiya bu yardımla “Fələstin xalqı ilə hərəylik nümayiş etdirəcəklərini” bildirib.

Təşkilata Liviya liderinin oğlu Saif başçılıq edir.

Təxminən ay yarım qabaq Türkiyədən Qəzzaya humanitar yardım daşıyan gəmi İsrail qüvvələrinin hücumuna məruz qalmış, 9 nəfər öldürülmüşdü.
XS
SM
MD
LG