Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:20

Futbol üzrə Dünya Çempionu İspaniya olacaq


Futbol üzrə Dünya Çempionu İspaniya olacaq. Düzdür final oyunu hələ oynanılmayıb, ancaq bütün dünyada məşhurlaşan Almaniyanın 8 ayaqlı falçı ilbisi Paul - iyulun 9-da canlı efirlə İspaniya bayrağını seçib.

Buna qədər Paul Almaniya yığmasının bütün oyunlarının nəticəsini əvvəlcədən göstərib və nəticələr düzgün çıxıb.

Almaniyanın İspaniyaya məğlub olacağını bildirəndən sonra isə bəzi alman azarkeşlər Paulu qızardıb, yemək istəyirlər.

İki yaşlı ilbiz Almaniyada akvariumda saxlanılır. Azarkeşlərə görə ilbizin təhükəsizliyi gücləndirilib.

Qeyd edək ki, İspaniya-Hollandiya yığmaları iyulun 11-də qarşılaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG