Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Yaxın 4 gündə isti havalar davam edəcək


Yaxın 4 gün ərzində Bakıda və Abşeron yarımadasındahava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.

Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq.

Rayonlarda isə yaxın 4 gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə təşkil edəcək.

İyulun 9-12-də havanın maksimal temperaturu aran rayonlarında və Naxçıvan MR-da 36-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 29-34 dərəcə, Abşeron yarımadasında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə təşkil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG