Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:03

Akademik Arif Paşayev Kosmik Məsələlər üzrə şuranın sədri olub


Akademik Arif Paşayev Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının sədri seçilib.

Bu barədə «Azərtac» agentliyi məlumat yayıb.

Son vaxtlar Azərbaycanda kosmik sənayenin inkişafına böyük diqqət ayrılır. O cümlədən, dövlət başçısı tərəfindən «Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqda» və «Kosmik sənayenin yaradılması və inkişafı Dövlət Proqramının təsdiqlənməsi haqda» sərəncamlar imzalanıb.

Dövlət Proqramının əsas hissələrindən biri telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Bu məqsədlə də «Azərkosmos» Açıq Səhmdar Cəmiyyəti yaradılıb. ASC bu il mayın 3-də dövlət başçısının müvafiq sərəncamı ilə yaradılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə Kosmik Məsələlər üzrə Şura yaradılmış, akademik Arif Paşayev bu qurumun sədri təyin edilir.
XS
SM
MD
LG