Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:52

Əhalinin sıx toplaşdığı yerlərdə videonəzarət sistemləri yaradılacaq


Nazirər Kabinetindən «Trend»ə bildiriblər ki, Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Nazirlər Kabineti qərara alıb ki, əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri quraşdırılsın.

Videonəzarət sistemləri əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən, parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə, stadionlarda və idman arenalarında, böyük ticarət və əyləncə mərkəzlərində, mehmanxanaların yaxınlığında, məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında quraşdırılacaq.

Eyni zamanda, qərara əsasən, videonəzarət sisteminin obyektlərdə, o cümlədən, nəqliyyat infrastrukturlarında, yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda, yol ötürücülərində və körpülərdə, avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında, dəmir yolu və metro stansiyalarında, platformalarında, avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında, sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində, icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında, həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında, mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında, fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları ətrafında, təhsil müəssisələrinin yaxınlığında, bütün taksofon aparatlarının bilavasitə yaxınlığında quraşdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG