Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:42

İran Vaşinqtona şərt qoyub


İran Vaşinqtonla mübahisəli nüvə proqramının müzakirəsini bərpa etməyə hazırdır, amma bunun üçün bəzi şərtləri yerinə yetirməlidir.

İran prezidenti Mahmud Əhmədinejat deyib ki, Vaşinqton birinci növbədə İsrailin nüvə strategiyası ilə bağlı mövqeyini ortaya qoymalıdır.

Rəsmi İsrail indiyə kimi nüvə arsenalının olduğunu etiraf etməsə də, bəzi ekspertlər onun nüvə dövləti olduğuna əmindir.

Qərb İranın uranı zənginləşdirməsini istəmədiyindən, 4-cü dəfə sanksiya qoyub. İran isə nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirir.

XS
SM
MD
LG