Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:49

10 casus ABŞ-dan Rusiyaya deportasiya olunub


Rusiya xeyrinə casusluq edən 10 nəfər ABŞ-dan deportasiya olunub. Hüquq mühafizə orqanları casusların Moskvaya göndərildiyini bildirib.

İyulun 8-də onların məhkəməsi olub və casusluq etdiklərini etiraf ediblər. 10 nəfər ötən ay Birləşmiş Ştatlarda həbs olunub.

Bu arada Rusiyada Qərbin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan 4 məhbusu prezident Dmitri Medvedev əfv edib.

Gözlənilir ki, indi iki ölkə casusları dəyişdirəcək. Bu, Soyuq Müharibədən sonra ABŞ və Rusiya arasında ən böyük casus mübadiləsi olacaq.
XS
SM
MD
LG