Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:00

İlham Əliyev: «Azərbaycan beynəlxalq təşkilatlarda nümunə ölkə kimi qiymətləndirilir»


Prezident İlham Əliyev Balakən şəhərində mərkəzi xəstəxananın açılışında iştirak edib
Prezident İlham Əliyev Balakən şəhərində mərkəzi xəstəxananın açılışında iştirak edib
«Son illər ərzində Azərbaycanın bölgələrində tikilmiş xəstəxanalardan ən müasir və ən böyük xəstəxana Balakən xəstəxanasıdır. Bu, bir daha onu göstərir ki, Balakənə xüsusi diqqət, xüsusi münasibət vardır».

Bunu Azərbaycanın prezidenti İlham Əliyev Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Prezident Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar, tibb məntəqələri, tibb ocaqlarının tikintisi ölkədəki güclü sosial siyasətdən xəbər verir:

GÜCLÜ SOSİAL SİYASƏT

«Dövlət Neft Şirkəti bu işlərə çox fəal qoşulmuşdur. Bu xəstəxana da Dövlət Neft Şirkətinin vəsaiti hesabına yaradılmışdır. Başqa bölgələrdə də müalicə-diaqnostika mərkəzləri tikilir.Yəni, bu, çox güclü bir sosial siyasətin əlamətidir. Çünki insanların sağlamlığı bizim üçün prioritet məsələdir. Azərbaycanda son illərdə uşaq ölümünün səviyyəsi aşağı düşür. İlk növbədə, ona görə ki, müasir imkanlar yaradılıbdır. Bu xəstəxana balakənlilərin sağlamlığının keşiyində duracaqdır».

Prezident ümid edir ki, həkimlər də burada öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər:

MEHMANXANALAR DÜNYADAKILARDAN FƏRQLƏNMİR

«Burada quraşdırılmış müasir avadanlıqdan istifadə etmək üçün əlbəttə ki, xüsusi bacarıq lazımdır. Burada treninqlər, kurslar keçiriləcəkdir. Bir sözlə, bu gözəl hadisəni sizinlə bərabər qeyd etmək üçün mən bu gün yenidən Balakənə gəlmişəm. Bu gün Balakəndə xəstəxananın açılışı ilə bərabər, digər vacib hadisələr də baş verib. Bu gün gözəl Olimpiya Mərkəzinin açılışını qeyd etdik. Bu da Azərbaycanda idmana olan diqqətin nəticəsidir. Mən bu gün yeni müasir mehmanxananın açılışında da iştirak etdim. Hesab edirəm ki, bu, Balakənə turizm axınının təmin edilməsi üçün vacib amil olacaqdır. Mehmanxana da dünya səviyyəli mehmanxanalardan heç fərqlənmir».

Dövlət başçısı bildirib ki, Balakənin enerji təminatını yaxşılaşdırmaq üçün bu gün kiçik su elektrik stansiyasının təməl daşını qoyulub:

BALAKƏN DÜNYA MİQYASLI ŞƏHƏRDİR

«Bu, birinci addımdır. Artıq proqrama görə, yaxın illərdə Balakəndə çaylarda 10 elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Biz rayonun bütün potensialının gücləndirilməsi üçün işlər görürük. Səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye - yəni Azərbaycanın bölgələri, o cümlədən də Balakən bu cür inkişaf etməlidir. Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir.

Mən çox istəyirəm ki, burada abadlıq, quruculuq işləri bundan sonra da sürətlə getsin. Keçən dəfə mən burada olanda böyük parkın açılışında iştirak etdim, xəstəxananın, mehmanxananın tikintisi ilə tanış oldum. Yəni, bütün bu işlər bir gündə həll olunmur. Bütün bunları etmək üçün məqsədyönlü, düşünülmüş siyasət, diqqət və ölkəmizin hərtərəfli inkişafı üçün proqramlar lazımdır. Bu proqramlar da vardır. Biz bütün işləri proqramlar əsasında qururuq, o cümlədən hər bir rayon üzrə xüsusi inkişaf planı da mövcuddur».

AZƏRBAYCANDA MİLLİ AYRI-SEÇKİLİK HEÇ VAXT OLMAYIB

İlham Əliyevin sözlərinə görə, Balakənin bugünkü vəziyyəti göstərir ki, Azərbaycanda hər şey etmək mümkündür:

«Balakən çoxmillətli rayondur. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt – nə əvvəlki illərdə, nə bu gün milli zəmində heç bir ayrı-seçkilik olmamışdır və tam əminəm ki, gələcəkdə də olmayacaqdır. Azərbaycan milli münasibətlərin yüksək səviyyədə qurulması üçün örnək, nümunə ölkə kimi beynəlxalq təşkilatlarda da qiymətləndirilir. Bizim bu sahədəki siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri rahat yaşasınlar, bütün hüquqlara malik olsunlar, azad yaşasınlar».

PREZİDENT İLDƏ BİR DƏFƏ MÜAYİNƏDƏN KEÇMƏYİ TÖVSİYƏ EDİR

Prezident yeni səhiyyə ocağının imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib:

«Hər bir vətəndaş sadəcə olaraq müayinədən keçmək üçün ildə ən azı bir dəfə buraya gəlməlidir. İndi müasir elm o qədər irəliyə gedib ki, əgər hansısa xəstəlik vaxtında müəyyən olunursa, onu müalicə etmək mümkündür. İndi heç xaricə getmək də lazım deyildir, burada bütün şərait vardır. Dünyanın aparıcı xəstəxanalarında olan gözəl avadanlıq burada da vardır. Görürəm, gözəl həkimlər də vardır. İndi gərək onlar da öz səviyyəsini daha da artırsınlar. Gərək bütün işlər ən müasir standartlara cavab versin. Mən Balakənə üçüncü dəfə gəlirəm. Amma yenə gəlmək üçün gərək belə yaxşı səbəb olsun. Bu gün səbəb var - bu gözəl xəstəxana, olimpiya kompleksi, mehmanxana. Gərək biz də, yerli rəhbərlər də yaxşı işləyək ki, belə gözəl hadisələr çox olsun, mən də tez-tez gəlim». /AzərTAc/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG