Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Gənclər bloqqerlərin azadlığa buraxılmasını tələb edirlər


Bu məqsədlə keçirilən tədbirdə müxtəlif müxalifət partiyalarının, müstəqil gənclər təşkilatlarının nümayəndələri birgə bəyanat qəbul ediblər. Sənəddə göstərilib ki, hakimiyyət bloqqerlərin azad olunması çağırışlarına məhəl qoymur və onların ailələrinə qarşı terror davam edir. Bəyanatda bloqqerlər barəsində ədalətsiz hökmün ləğv edilməsi və onların həbsində təqsirli olanların cəzalandırılması tələb edilir.

Tədbirin təşkilatçısı AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna deyib ki, bütün Azərbaycan gəncləri birləşməli və ölkədə baş verən haqsızlığa qarşı birgə mübarizə aparmalıdır.

Tədbir iştirakçıları azad, demokratik ölkə quruculuğunda onların üzərinə düşən öhdəlikləri və qarşıya qoyulan məqsədə çatmaq üçün atılacaq addımları müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG