Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:00

Rusiya casusluqda ittiham etdiyi alimi Vyanaya göndərib


Rusiyada casusluq ittihamı ilə həbsdə yatan nüvə alimi İqor Sutyaqin Vyanaya gətirilib.

Bu barədə İnterfaks agentliyi Sutyaqinin vəkili Anna Stavitskaya və insan haqları fəalı Ernest Çernoya istinadla xəbər verir.

Bu barədə onun ailəsinə telefonla məlumat verilib.

Məlumatlara görə Sutyaqin Vyanadan Londona göndəriləcək.

Bundan əvvəlki məlumatlarda Sutyaqinin Birləşmiş ştatlarda casusluq ittihamı ilə həbs edilimiş 10 nəfərdən bir neçəsi ilə dəyişdiriləcəyi bildirilirdi.

Amma bu məlumat hələlik ABŞ və Rusiya rəsmiləri tərəfindən təsdiqlənməyib.

ABŞ-da həbs olunmuş 10 nəfər Rusiyanın xeyrinə casusluqda itiham olunurlar.

Bu gün Nyu-Yorkda onların məhkəməsi gözlənilir.
XS
SM
MD
LG