Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:36
AĞ ƏLCƏKLƏ DEMOKRATİYA

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, bloqçular Emin Milli və Adnan Hacızadənin həbs olunmasının ölkənin ictimai–siyasi həyatına müsbət təsirləri daha çox oldu. Azərbaycanda gənclərin demokratiya uğrunda mübarizəsi daha da gücləndi.

Mirqədirov deyir ki, bu həbsə qədər xaricdə təhsil almış gənclər inanırdılar ki, küçələrə çıxıb etiraz aksiyası keçirmədən, intellektual yolla, necə deyərlər, kofe içə-içə, ağ əlcəklərlə demokratiya gətirmək mümkündür.

Onlar müxalifəti radikal və ənənəvi mübarizə metodlarına görə qınayırdılar. Bloqçuların həbsi isə vəziyyəti dəyişdi, müxtəlif ideologiyalı gəncləri birləşdirdi:

«Bu həbs Emin və Adnanın ətrafında olan intellektual gəncləri aktivləşməyə vadar etdi, onlar həm də mövcud reallığı dərk etdilər. Bu, pozitiv cəhətdir. İkinci pozitiv cəhət odur ki, ölkədəki ziyalılar aktivləşdilər, indiyə qədər siyasi fəallığı olmayan ziyalılar belə hökumətə gənclərin azad olunması ilə bağlı müraciət


etməyə başladılar».

TARİXÇƏ

Emin Milli və Adnan Hacızadənin həbsindən bir il ötür
Emin Milli iki il yarım iş alıb, Adnan Hacızadə iki il. Onları xuliqanlıqda və sağlamlığa qəsdən az ağır zərər vurmaqda ittiham edirlər. Özləri və beynəlxalq hüquq müdafiə təşkilatları isə deyirlər ki, onları hakimiyyəti tənqid edən materialları internetdə yerləşdirdiklərinə görə tutublar.

Emin Milli sosial şəbəkələrdə - internetdə mütəmadi olaraq hakimiyyətin fəaliyyətini tənqid edən materiallar yerləşdirirdi. O, 2009-cu ildə Nyu-Yorkda, BMT-nin ofisinin qarşısında referenduma etiraz olaraq aksiyanın təşkilatçısı olmuşdu. Dediyinə görə, heç bir siyasi iddiası yoxdur, sadəcə ölkədə demokratikləşmənin tərəfdarıdır.

Adnan Hacızadə ABŞ–da təhsil alıb, «Ol» Gənclər Hərəkatının yaradıcılarındandır. O, büdcə hesabına Almaniyadan bahalı eşşəklərin alınmasına etiraz olaraq satirik videorolikin ideya müəllifidir. Bir il əvvəl bu videoroliki dünyanın məşhur telekanalları BBC, CNN göstərirdilər və bloqçuların məhz bu videoya görə həbs olunduqlarını deyirdilər.

Əli Novruzov
Hakimiyyət rəsmiləri isə dəfələrlə bildiriblər ki, məsələni siyasiləşdirmək lazım deyil, məhkəmənin qərarına görə, bu iki gənc xuliqandır.

GƏNCLƏRİN TUTULMASININ MÜSBƏT NƏTİCƏLƏRİ

Bloqçu Əli Novruzov da deyir ki, bloqçuluq bu hadisədən sonra Azərbaycanda daha da populyarlaşdı, tənqidi bloq yazanların sayı isə artdı.

«10 Dekabr» Gənclər Hərəkatının üzvü Ülvi Həsənli deyir ki, bloqçuların həbsindən sonra fəal gənclərin sayı əksinə, artdı. Həbsdəki dostlarının yeri isə görünür:

«Təbii ki, Emin və Adnan güclü liderlər idilər, bu bir ildə neçə-neçə o cür videolar çəkə bilərdilər, daha çox gəncə təsir edə bilərdilər».

EŞŞƏK KLİPİ KİMİ VİDEOLAR

Gənclər Klintonu da dilə gətirdilər
«Ol!» Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Pərvanə Persiani deyir ki, Hacızadənin həbsindən sonra «Ol!»un üzvləri azalmadı, təşkilat yeni layihələr həyata keçirdi, amma daha eşşək klipi kimi videolar azalıb:

- O tipli videoların yaradıcı işini Adnan Hacızadə idarə edirdi. Əlbəttə ki, Adnanın həbsindən sonra «Ol Media»da əvvəlki intensivlik yoxdur, tutaq ki, keçən il ayda bir video istehsal olunurdusa, bu il hələlik iki video yaratmaq mümkün olub. «Ol Media»da zəifləmə var, amma ümumilikdə «Ol» təşkilatı fəaliyyətini başqa istiqamətlərdə - məsələn, təhsil istiqamətində -məsələn, «Azad Fikir» Universiteti layihəsi və başqa layihələrlə uğurla davam etdirir.

GƏNCLƏR KLİNTONU DA DİLƏ GƏTİRDİLƏR

Müşahidəçilərin fikrincə, bu həbsdən sonra fəal gənclərin kampaniya aparmaq təcrübəsi daha təkmilləşdi, internetdə imzatoplama kampaniyaları keçirildi, Qərb təşkilatlarına çoxlu məktublar göndərildi. Həbsdəki bloqçular Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması üçün Azərbaycan hökumətinə ən mötəbər beynəlxalq təşkilatlardan müraciətlər almağa nail olundu.

Hətta ABŞ dövlət katibi Hillari Klinton iyulun 4-də Bakıda səfərində demokratiya haqda danışanda onların məsələsinin üzərində xüsusi dayandı.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG