Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

Musavat mitinqlə bağlı gələn həftə qərar verəcək


Musavat Partiyası növbəti mitinqlə bağlı qərarını gələn həftə verəcək.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hazırda bu məsələ ilə bağlı partiya daxilində və Demokratiya Uğrunda İttifaqla birgə müzakirələr aparıldığını deyib.

O qeyd edib ki, aksiyaların birgə və ya eyni gündə keçirilməsi barədə təkliflər var.

Ona görə də hələlik qərar qəbul etməyə tələsmirik.

AXCP ilə birgə aksiyaya gəldikdə isə Arif Hacılı deyib ki, bu məsələ hələlik müzakirə olunmur, amma yaxın zamanlarda kütləvi aksiya keçiriləcəksə, bunun vaxtının və yerinin AXCP ilə razılaşdırılması istisna deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG