Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:39

ABŞ səfirliyinə yeni müavin təyin olunub


Adam Stirlinq ABŞ-in Azərbaycandakı səfirliyində, səfir müavini təyin olunub.

Bu barədə AzadlıqRadiosuna ABŞ səfirliyinin mətbuat xidmətinin katibi Kit Binin məlumat verib. Onun sözlərinə görə, A.Stirlinq yeni səfir təyin olunana qədər müvəqqəti işləri vəkili kimi fəaliyyət göstərəcək.

Keçmiş müvəqqəti işlər vəkili Donald Lu isə Azərbaycanda diplomatik missiyasını başa vuraraq, ötən həftə ölkəni tərk edib.

A. Stirlinq Dövlət Departamenti, Ağ Ev və Milli Təhlükəsizlik Şurasında çalışıb. O, ABŞ-ın İsrail, Qazaxıstan, Belçika və Perudakı səfirliklərində işləyib. Təcrübəli diplomat olan A. Stirlinq ailəlidir, 2 uşağı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG